London “Çelsi” və Madridin “Real” klublarının keçmiş yarımmüdafiəçisi Eden Hazard sosial şəbəkələrdə peşəkar karyerasını bitirdiyini açıqlayıb.
“Özünü dinləməli və doğru anda dayanmalısan. 16 il və 700-dən çox oyundan sonra futboldan getməyə qərar verdim. Arzumu həyata keçirə bildim, dünyanın bir çox arenalarında oynadım və əyləndim. Karyeram ərzində meydanda və meydandan kənarda çox gözəl insanlarla tanış olmuşam, hamınız çox sağ olun! Sevdiklərinizlə vaxt keçirmək və yeni təcrübələr qazanmaq vaxtıdır. Tezliklə meydandan kənarda görüşənədək!” – Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Hazard yazıb.
İyunun 3-də məlum olub ki, belçikalı Madrid klubu ilə müqaviləni tərəflərin qarşılıqlı razılaşması əsasında pozub. Futbolçunun “Kral klubu” ilə müqaviləsi 2024-cü ilə qədər qüvvədə idi.
İspaniya çempionatının son mövsümündə Hazard altı oyunda iştirak edib və bir məhsuldar ötürmə edib. 32 yaşlı yarımmüdafiəçi 2019/2020 mövsümündən "Real"da çıxış edir.