Argentinalı hücumçu Lionel Messi karyerasında ən çox sevdiyi qolun adını çəkib.
"Həmişə yadımda qalan 2011-ci ildə Çempionlar Liqasının yarımfinalında "Real"ı 2:0 hesabı ilə məğlub etdiyimiz zaman Madrid klubuna qarşı qoldur”, - Lent.az xarici mediaya istinadən bildirir ki, Messi deyib.
Oktyabrın 30-da argentinalı karyerasında səkkizinci dəfə “Qızıl top”u qazanıb. O, daha əvvəl 2009, 2011, 2012, 2013, 2016, 2019 və 2021-ci illərdə kubokun qalibi olub.
Hazırda Amerikanın “İnter Mayami” klubunda çıxış edən Messi 2021-ci ilə qədər “Barselona”da çıxış edib. O, katalonların heyətində on dəfə İspaniya çempionu, dörd dəfə Çempionlar Liqasının qalibi olub. Hücumçu daha sonra PSJ-yə keçib.