Corcio Kellini İtaliya millisində karyerasını başa vurmaq qərarına gəlib.
"Yuventus"un əfsanəvi müdafiəçisi iyunun 1-də millinin forması ilə son matçına çıxacaq.
Lent.az bildirir ki, bu barədə jurnalist Fabrisio Romano məlumat verib.
37 yaşlı futbolçu Argentina yığması ilə qarşıdurmada meydana çıxacaq. Bu, Finalissima-2022 adlanacaq - Avropa çempionatının və Amerika Kubokunun qaliblərinin qarşılaşdığı bir oyunluq qarşıdurmada ilk kubok olacaq.
Qarşılaşma Böyük Britaniyanın paytaxtı Londonda, “Uembli” stadionunda keçiriləcək.
Xatırladaq ki, Kellini 2004-cü ildən İtaliya millisində çıxış edir. O, yığmanın kapitanıdır, 116 oyun keçirib və 8 qol vurub.