İsveçrə Ali Məhkəməsi Rusiya Futbol İttifaqının apeliyasiya şikayətini rədd edib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, qərara görə futbol üzrə Rusiya yığması, habelə klubları heç bir beynəlxalq turnirdə iştirak etməyəcək.
Adıçəkilən məhkəmə sonuncu instansiya kimi Rusiya futbolunun ümid yeri idi. Amma İsveçrə Məhkəməsi şikayət ərizəsinin gec daxil olması səbəbini bəhanə gətirərək Rusiyanı yenə beynəlxalq futbolsuz qoyub.