İspaniyanın “Betis” klubunun üç futbolçusu koronavirusa yoluxub.
Apasport.az saytının məlumatına görə, La Liqanın XVII turunun “Sevilya” ilə qarşılaşması ərəfəsindəki testlərdən üçü müsbət nəticələnib.
Yarımmüdafiəçilər Xoakin Sançes, Andres Quadrado və müdafiəçi Martom Montoyada infeksiya aşkarlanıb. Özlərini yaxşı hiss edən futbolçular karantinə alınıb.
Bu üç yoluxmadan sonra digər oyunçular təkrar test verib. Digər belə hal qeydə alınmayıb.
Qeyd edək ki, bu gün keçiriləcək Sevilya derbisi saat 19:15-də başlayacaq.