"İşə avtobusla gəldim, evə “Bugatti” ilə getdim" -  Ronaldonun sevgilisi
28 yanvar 2022 19:23 (UTC +04:00)

"İşə avtobusla gəldim, evə “Bugatti” ilə getdim" - Ronaldonun sevgilisi

“Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo və sevgilisi Corcina Rodriges tanışlığın ilk vaxtlarını xatırlayıb.

Apasport.az saytının məlumatına görə, gənc xanım hələ mağazada satıcı işlədiyi vaxt sevgilisinin onun dalınca “Bugatti” ilə gəlməsindən danışıb.

Corcina ətrafdakıların reaksiyasını da qeyd edib: “O, işdən sonra məni götürməyə “Bugatti” ilə gəlmişdi. Həmkarlarım şokda idilər. İşə avtobusla gəlmişdim, amma “Bugatti” ilə gedirdim”.

Ronaldo da belə addımının səbəbini izah edib: “Bu, mənim üçün normal idi. O, mənim sevgilim idi. Öz avtomobillərim var. Qızın dalınca taksi ilə gedəsi deyildim ki? Bu qəribə idi. O, mağazadan çıxır, mən də öz maşınımda gözləyirdim. Corcinaya əhsən düşür. Özünü itirmədi, qaçdı, maşına oturdu və biz getdik. O, gecəyədək işləyirdi. Düşünmürdüm ki, belə güclü hisslərimiz olacaq və ona aşıq olacam. Düzünü desəm bunu gözləmirdim. Amma bir müddət sonra başa düşdüm ki, mənim bütün həyatımın qızı odur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3300
avatar

Oxşar yazılar