“İnter”lə  müqaviləni uzatmaqdan   imtina etdi
07 dekabr 2023 19:32 (UTC +04:00)

“İnter”lə müqaviləni uzatmaqdan imtina etdi

Hollandiya millisinin və İtaliyanın "İnter" klubunun 27 yaşlı müdafiəçisi Denzel Dyumfris Milan klubu ilə müqaviləni yeniləməkdən imtina edib.

Lent.az bildirir ki, bu barədə "La Gazetta dello Sport" xəbər verir.
"İnter" futbolçuya illik 4 milyon avro maaş təklif edib. Dyumfris təmsilçiləri 5 milyon avro tələb ediblər. Onun müqaviləsi 2025-ci ilin iyununa qədərdir.

Dyumfris 2021-ci ildən "İnter"də çıxış edir. Bu mövsüm o, Milan klubunda 16 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

“Transfermarkt” müdafiəçinin transfer dəyərini 28 milyon avro qiymətləndirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7587
avatar

Oxşar yazılar