"Çelsi"nin hücumçusu Romelu Lukaku "İnter"ə qayıtmaq arzusundadır.
Lent.az bildirir ki, “Corriere della Sera”nın məlumatına görə, 29 yaşlı belçikalı mütəmadi olaraq İtaliya komandasının rəhbərliyinə zəng edir və “neradzurrilər”in onu İtaliyaya qaytaracağına ümid edir. Qeyd olunur ki, “İnter”ə qayıtmaq xatirinə futbolçu hazırkı maaşının üçdə birindən imtina etməyə hazırdır.
Mənbənin məlumatına görə, klublar arasında hücumçu ilə bağlı iki illik icarə müqaviləsi bağlana bilər.
Xatırladaq ki, Lukaku ötən ilin avqustunda "İnter"dən 113 milyon avroya "Çelsi"yə keçmişdi. O, ötən mövsüm 44 oyuna çıxıb, 15 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.