İngiltərə Premyer Liqasında 2023/2024 mövsümünə start verilib.
Lent.az xəbər verir ki, birinci həftənin ilk oyununda Premyer Liqaya yenicə yüksəlmiş “Börnli” evdə ötən mövsümün çempionu “Mançester Siti”ni qəbul edib.
Törf Mur stadionunda başlayan matç ev sahibi komandanın darmadağın edilməsi ilə yekunlaşıb. Belə ki, oyunun 4-cü dəqiqəsində Erlinq Holan mövsümün ilk qoluna imza atıb. 32 dəqiqə sonra norveçli futbolçu özünün və komandasının ikinci qolunu vurub. “Şəhərlilər”in böyük üstünlüyü ilə keçən oyunda son nöqtəni Rodri qoyub – 0:3.