İngiltərə Kubokunda yarımfinal cütləri MÜƏYYƏNLƏŞDİ
20 mart 2023 06:21 (UTC +04:00)

İngiltərə Kubokunda yarımfinal cütləri MÜƏYYƏNLƏŞDİ

İngiltərə Kubokunun bütün yarımfinalçıları müəyyənləşib.

Lent.az xəbər verir ki, "Şefild Yunayted" "Bləkbern"i 3:2, "Brayton" "Qrimsbi"ni 5:0 və "Mançester Yunayted" "Fulhem"i 3:1 məğlub etməklə yarımfinala vəsiqə qazanıb.

Dünən "Bernli"ni 6:0 məğlub etmiş "Mançester Siti" də daxil olmaqla, bütün yarımfinalçılar bəlli olub. "Brayton" – "Qrimsbi" oyunu başa çatdıqdan sonra atılan püşkatmadan sonra yarımfinal cütləri bu formada müəyyənləşib:

"Mançester Siti" – "Şefild Yunayted"
"Brayton" – "Mançester Yunayted"

Qeyd edək ki, yarımfinal görüşləri 22/23 aprel tarixində keçiriləcək və oyunlar Londonun "Vimbldon" stadionunda keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1674
avatar

Oxşar yazılar