İlk dəfə olaraq iranlı qadın hakim Tokio olimpiadasında kişilərdən ibarət futbol komandaları arasında keçiriləcək oyunu idarə edəcək.
Lent.az AZƏRTAC-a istinadən bildirir ki, Pəriya Şəhriyari adlı qadın hakim bu günə kimi beynəlxalq yarışlarda yalnız qadınlardan ibarət komandaların oyunlarını idarə edib.
Tokio olimpiadasında isə P.Şəhriyari Fransa-Cənubi Afrika futbol komandaları arasındakı görüşü idarə edəcək. Bundan sonra iranlı qadın hakim Yaponiya-Meksika görüşünə də hakimlik edəcək.