“Mançester Siti”nin hücumçusu Erlinq Haaland Fransanın “France Football” qəzetinin iddiasına görə ilin bombardiri seçilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, ötən mövsüm norveçli İngiltərə Premyer Liqasında 35 oyun keçirib, 36 qol vurub və 8 məhsuldar ötürmə edib. O, Çempionlar Liqasının 11 oyununda da iştirak edib və 12 qol vurub. Turnirin finalında “İnter”i 1:0 hesabı ilə məğlub edən "Mançester Siti" tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub.
Bundan əlavə, Haaland “Siti” ilə İngiltərə Premyer Liqası və İngiltərə Kubokunu qazanıb. O, həmçinin UEFA Avropada ilin futbolçusu mükafatını da alıb.