İki futbolçu millidən uzaqlaşdırıldı
09 iyun 2022 02:58 (UTC +04:00)

İki futbolçu millidən uzaqlaşdırıldı

İtaliya millisi iki futbolçunun xidmətindən imtina edib.

Lent.az Apasport.az saytına istinadən xəbər verir kİ, müdafiəçi Leonardo Bonuççi və hücumçu Andrea Belotti düşərgədən ayrılıb.

Komandanın yenidən qurulması və gəncləşdirilməsi prosesini davam etdirən baş məşqçi Roberto Mançini məhz bu səbəbdən Belotti ilə Bonuççini heyətdən kənarlaşdırmaq qərarına gəlib.

Qeyd edək ki, Millətlər Liqasının qrup mərhələsinin II turunda Macarıstanı 2:1 hesabı ilə məğlub edən İtaliya yığması iyun 11-də İngiltərə, 14-də isə Almaniya ilə qarşılaşacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1983
avatar

Oxşar yazılar