İki boksçumuz Avropa çempionatında MEDALI TƏMİN ETDİ
19 mart 2022 19:05 (UTC +04:00)

İki boksçumuz Avropa çempionatında MEDALI TƏMİN ETDİ

Xorvatiyanın Poreç şəhərində 22 yaşadək oğlan boksçular arasında Avropa çempionatında 1/4 final görüşlərinə start verilib.

Lent.az xəbər verir ki, bu mərhələdə mübarizə aparan Azərbaycan millisinin boksçularından ilk olaraq rinqə Nicat Hüseynov (51 kq) çıxıb.

O, yarımfinala gedən yolda Antonio Payva (İrlandiya) ilə üz-üzə gəlib. Rəqibindən üstün döyüş nümayiş etdirən Hüseynov 5:0 (30:27, 30:26, 29:28, 30:27, 29:28) hesablı qələbəyə sevinib.

Nicat bu qələbə sayəsində yarımfinala adlamaqla yanaşı, özü üçün ən azı bürünc medalı da təmin edib.

Azərbaycan yığmasının daha bir idmançısı da yarımfinal mərhələsinə yüksəlib. Bu uğura milli üzvü Cəlal Qurbanov (63,5 kq) imza atıb.

Yere Niemelainen (Finlandiya) və Nik Nikolovu (Sloveniya) mübarizədən kənarlaşdıran boksçumuz 1/4 finalda İqor Kovtundan (Ukrayna) da güclü olub. O, rəqibini 5:0 (29:28, 29:28, 30:27, 30:27, 29:28) hesabı ilə məğlub edərək, üçüncü döyüşündən də qalib ayrılıb. Bununla da Qurbanov özü üçün ən azı bürünc medalı təmin edib.

O, yarımfinalda ermənistanlı Artur Şahbazyanla üz-üzə gələcək. Bu qarşılaşma martın 20-də baş tutacaq.

Qeyd edək ki, 1/4 final mərhələsi çərçivəsində bu gün daha 3 boksçumuz rinqə çıxacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1664

Oxşar yazılar