“Qalatasaray”ın hücumçusu Mauro İkardi yenidən İtaliya çempionatında çıxış edə bilər.
Lent.az-ın məlumatına görə, argentinalı forvard üç klubun hədəfindədir.
İkardi vaxtilə şərəfini qoruduğu “İnter”in maraq dairəsinə düşüb. İtaliya mətbuatı “Milan” və “Yuventus”un da İkardini heyətinə qatmaq istədiyini yazıb.
Qeyd edək ki, argentinalı “Qalatasaray”ın heyətində Türkiyə Superliqasında 8 qol vurub. O, Çempionlar Liqasında dörd dəfə fərqlənib.