“Qalatasaray”ın hücumçusu Mauro İkardi karyerasını bitirə bilər.
Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, 29 yaşlı forvard psixoloji problemlər ucbatından futbola köklənə bilmir.
Argentina millisinin üzvünün həyat yoldaşı Vanda Naradan ayrıldıqdan sonra depressiyaya girdiyi bildirilir. Bu üzdən İkardi futbolla vidalaşmaq barədə düşünür.
Qeyd edək ki, Mauro İkardi “Qalatasaray”a ötən ay PSJ-dən keçib.