İdman REKORDU:  Bu futbol məşqçisi 53 il eyni komandanı  çalışdırıb
13 iyul 2024 10:13 (UTC +04:00)

İdman REKORDU: Bu futbol məşqçisi 53 il eyni komandanı çalışdırıb

Amadeu Teyşeyra heç vaxt dünya səviyyəli futbol məşqçisi sayılmayıb.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, ancaq buna baxmayaraq Ginnesin Rekordlar Kitabına düşüb.

Fakt budur ki, Teyşeyra eyni klubu... 53 il çalışdırıb.

Braziliyalı 1955-2008-ci illərdə Braziliyanın böyük Manaus şəhərinin “Amerika” komandasının məşqçisi olub.

Rekordçu məşqçinin tərcümeyi-halı

Amadeu Teyşeyra 1926-cı ilin yayında Braziliyanın şimal-qərbindəki Amazonas ştatında anadan olub.

O, heç vaxt peşəkar futbolçu olmayıb.

Bununla belə, Teyşeyra hər halda futbol tarixinə düşüb. O, “Amerika” komandasının yaradıcılarından biri kimi əvvəlcə fizioterapevt və masajçı işləyib

Lakin 1950-ci illərin ortalarında Teyşeyra futbolçuları məşq etdirməyə başlayıb.

O, 2008-ci ilə qədər “Amerika” klubunun baş məşqçisi olaraq qalıb.

Teyşeyranın bu vəzifədəki 53 illik fəaliyyəti ona Ginnesin Rekordlar Kitabına düşməyə imkan verib: arayış kitabını tərtib edənlər braziliyalını eyni kluba ən uzun müddət rəhbərlik edən məşqçi kimi tanıyıblar.

Qeyd etmək lazımdır ki, rekord qıran məşqçinin rəhbərliyi altında “Amerika” komandasının oyunçuları bir neçə regional turnirin qalibi olublar.

Amadeu Teyşeyra 2017-ci ilin payızında 92 yaşında vəfat edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2079
avatar

Oxşar yazılar