“Porto”nun braziliyalı hücumçusu Evanilson Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.
Lent.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Evanilson H qrupunun 3-cü turunun matçında het-trik edərək komandasının Belçikanın “Antverpen” klubunu 4:1 hesabı ilə məğlub etməsinə kömək edib.
Həmin görüşdə kanadalı yarımmüdafiəçi Stiven Eustakiu “Porto”nun qolunu vurub, komandanın hücumçusu Mehdi Taremi isə dubl edib.
Xatırladaq ki, Evanilsondan başqa, bu ada namizədlər arasında London “Arsenal”ının hücumçusu Qabriel Jezus və “Red Bull Leypsiq”in müdafiəçisi David Raum da var idi.