"Real”ın baş məşqçisi Karlo Ançelotti qış transfer pəncərəsində komandasında bir daha yeni transfer olmayacağını bildirib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, həmçinin əmin edib ki, heç kim “Kral klubu”nu tərk etməyəcək.
“Transfer bazarı bizim üçün bağlıdır: heç kim gəlməyəcək və heç kim getməyəcək. Yanvarda heç nə olmayacaq”, - italyan insayderlər mütəxəssisdən sitat gətirirlər.
Xatırladaq ki, 18 turdan sonra "Real" 42 xalla İspaniya çempionatının turnir cədvəlində lider "Barselona"dan 5 xal geri qalır.
Madrid klubu son oyununda evdə "Real Sosyedad"ı məğlub edə bilməyib. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.