Tanınmış idmançı Həbib Nurməhəmmədov ABŞ-da stüardessa ilə mübahisə etdikdən sonra təyyarədən endirilib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, idmançı təcili çıxışın yaxınlığında oturubmuş.
Uçuşdan əvvəl təlimatları izah edən stüardessa ondan fövqəladə hallar zamanı sərnişinlərə kömək etməyə hazır olub-olmadığını soruşub. Mətbuatın yazdığına görə, Həbib dərhal bu suala dəqiq cavab verə bilməyib, ona görə də stüardessa ehtiyatlanıb. Bu səbəblə o, Həbiblə mübahisə edib.
Qadın deyib ki, idmançı başqa yerə keçməlidir, əks halda nəzarətçiyə zəng edəcək. Nurməhəmmədov ikinci variantı seçib. Medianın yazdığı kimi, nəzarətçi ilə söhbətdən sonra idmançı uçuşdan uzaqlaşdırılıb, dostları isə onun arxasınca gediblər.