MOİK klubunun futbolçusu Qabil Sabirli cəzalandırılıb.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.
Buna futbolçunun I divizionda XIV turun MOİK – “Turan Tovuz” oyunundakı hərəkəti səbəb olub. Təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan futbolçu matç bitdikdən sonra yenidən meydançaya daxil olub hakimlər briqadasını təhqir etdiyinə görə 6 oyun cəzalanıb.
MOİK isə 480 manat cərimə olunub.