“Mançester Siti” norveçli hücumçu Erlinq Haalandla müqaviləni uzatmaq üzərində işləyir.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, “şəhərlilər” 23 yaşlı futbolçunun maaşını təxminən iki dəfə artırmağa hazırdır. Erlinq yeni müqaviləyə əsasən həftədə 600 min funt- sterlinq alacaq.
Norveçlinin "Mançester Siti" ilə hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır. İndi Halland ingilis klubunda həftədə 437 min avro alır.