“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haaland komandanın baş məşqçisi Xose Qvardiola ilə mübahisəsindən danışıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, futbolçu münaqişələrinin nədən qaynaqlandığını açıqlayıb:
“Qvardiola ilə mübahisə Bernardo mənə ötürmə verməyəndə başladı. Məşqçi mənim ötürmə tələblərimə görə bir az əsəbiləşdi. Onunla işləmək xoşdur. Gənc bir futbolçu üçün ondan daha yaxşısının olub-olmadığını bilmirəm”.
Avqustun 11-də “Siti” Premyer Liqanın yeni mövsümünə “Bernli” üzərində qələbə ilə başlayıb. Görüş 3:0 hesabı ilə başa çatıb. Qolları Erlinq Haaland (dubl) və Rodri vurub. Komandanın kapitanı Kevin De Bruyne fasilədən əvvəl zədələnib və əvəzlənib.
2022/23 mövsümündə “Mançester Siti” eyni anda üç kubok qazanıb. Onlar Premyer Liqanın, İngiltərə Kubokunun, həmçinin Çempionlar Liqasının qalibi olublar.