Ginnesin rekordlar kitabına düşən EKSPRESS KUPON
22 may 2022 18:11 (UTC +04:00)

Ginnesin rekordlar kitabına düşən EKSPRESS KUPON

Mərc oyunları dünyanın qeyri-adi göstəricilərini qeydə alan Ginnesin rekordları kitabından da yan ötməyib

Apasport.az saytının məlumatına görə, ən ağlasığmaz ekspress kupon da bu kitaba daxil edilib.

Adı qeyd olunmayan belaruslu gənc bütün dünyanı proqnoz vermək bacarığına heyran qoyub. O, kuponda 209856 əmsal yığıb.

Bu hadisə DÇ-2010-un seçmə mərhələsində baş verib. Qeyri-adi kuponun müəllifi 14 seçmə oyunda birbaşa nəticəni qeyd edib. Autsayderlərə bel bağlayan belaruslu Almaniya – Finlandiya (3:3) və Portuqaliya – Danimarka (2:3) oyunlarındakı kimi sensasiyaların da dəqiq hesabını tapıb.

14 oyunun hesabını düz yazan bu futbol həvəskarının indiyədək bir peşmançılığı var. Bu da pul qoyuluşu ilə bağlıdır. O, ağlasığmaz kupona cəmi 0,5 dollar qoyub. Nəticədə 104 min 928 dollar əldə edib.

# 2226
avatar

Oxşar yazılar