Azərbaycanın gənc cüdoçusu Vüsal Qələndərzadə Portuqaliyanın Odivelas şəhərində keçirilən dünya çempionatında çempion olub.
Lent.az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız həlledici qarşılaşmada ABŞ təmsilçisi Cek Yonezukanı məğlubiyyətə uğradaraq qızıl medal qazanıb.
Qeyd edək ki, yarışın ilk günündə Nizami İmranov (60 kiloqram) yalnız finalda uduzaraq gümüş medala sahib çıxıb.