“Barselona”nın baş məşqçisi Xavi tezliklə klubu ilə yeni müqavilə imzalamalıdır.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, tərəflər transfer pəncərəsi bağlandıqdan sonra müqavilənin detallarını müzakirə etməyə başlayacaqlar.
Kataloniyalılar Xavinin maaşını artırmaq niyyətindədirlər, çünki onun maaşı hazırda çox azdır.
Xavi 2021-ci ilin sonundan “Barselona”ya rəhbərlik edir və bu müddət ərzində komanda ilə İspaniya çempionatını və İspaniya Superkubokunu qazanıb.