Fyuri ilə Usik arasında döyüş olmayacaq: Heç kim  güzəştə getməsə
01 mart 2023 19:57 (UTC +04:00)

Fyuri ilə Usik arasında döyüş olmayacaq: Heç kim güzəştə getməsə

Boksçular maliyyə güzəştlərinə getməsələr, Fyuri ilə Usık arasında döyüş olmayacaq. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə,tanınmış promouter Eddi Hirn belə düşünür.

Eyni zamanda funksioner eyham vurub ki, iddialarından əl çəkməli olan ukraynalı ağır çəkidə dünya çempionudur.

"Çox vaxt Con Fyuri ilə razılaşmıram, amma bu arqumentdir. Bəzən mütləq çempionluq kimi bir şey istəyəndə sövdələşməni udmalısan. İndi hər iki tərəf güzəştə getməli vəziyyətdədir.

Fyuri açıq şəkildə deyir: “Mən Usikə heç bir halda 50-50 vermərəm”. 

Usik isə öz növbəsində belə cavab verir: “Mən heç vaxt 50-dən aza razılaşmayıram, mənim üç kəmərim var”. Kimsə döyüşün baş tutmasını istəyirsə, güzəştə getməlidir. Bu döyüşlər nadir hallarda olur.

Reallıq budur ki, Tayson Fyurinin kommersiya dəyəri Aleksandr Usikdən fərqli səviyyədədir”, - Hirna vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1611
avatar

Oxşar yazılar