On doqquz yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının əsas seçmə mərhələsində növbəti oyununu keçirib.
Lent.az xəbər verir ki, Bosniya Herseqovinada yerli yığmaya qarşı oyun 4:1 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.
Millimizin heyətində Şahbaz Həndəmli fərqlənib.
U-19 qrupda sonuncu oyununu martın 25-də Yunanıstan yığmasına qarşı oynayacaq.