"Atletiko"nun və Fransa millisinin hücumçusu Antuan Qrizmann Amerika futbolu ilə bağlı veriliş aparacaq.
Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, fransız futbolçu Milli Futbol Liqasının (NFL) İspaniyanın YouTube kanalında NFL-in “Grizi Huddle” şousunun aparıcısı olacaq. Proqramda həftənin oyunlarının əsas məqamları işıqlandırılacaq və liqanın ulduz futbolçuları ilə müsahibələr də yer alacaq. Şounun aparıcısı və qonaqları da qarşıdan gələn NFL oyunları üçün proqnozlar verəcəklər.
“Mən böyük NFL fanatıyam. Digər ispan-Amerika futbolu azarkeşləri üçün yeni proqramda bu liqa ilə əməkdaşlıq etmək imkanı gerçəkləşən bir xəyaldır. Biz həm yeni, həm də mövcud azarkeşlərin fəxr edəcəyi bir şou yaratmağa hazırlaşırıq, odur ki, bizə qoşulun”, - Qrizmann bildirib.