Futboldan başqa sahəyə işləməyə gedənlər:  inşaatçı, musiqiçi...
20 aprel 2021 11:57 (UTC +04:00)

Futboldan başqa sahəyə işləməyə gedənlər: inşaatçı, musiqiçi...

PSJ-nin hücumçusu Neymar bu yaxınlarda karyerasını bitirdikdən sonra poker oyunçusu olacağını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, braziliyalı superulduz karyerasını bitirdikdən sonra başqa sahəyə yönəlmək istəyən ilk oyunçu deyil.

Aralarında hətta poker oyunçusu da olmaqla, futboldan getdikdən sonra özünü başqa peşədə sınayanlar heç də az deyil. Bu yazıda onlardan 10-nu xatırlayacağıq.

Tomas Qravesen: Poker oyunçusu
Vaxtilə “Real”ın formasını geyinən Qravesen Neymarın xəyalını gerçəkləşdirən futbolçulardan biridir. Karyerasını bitirdikdən sonra Las-Veqasa köçən danimarkalı 2017-ci ildə yayılan məlumata görə, pokerdən qazandığı pulla sərvətini 100 milyon avroya çıxarıb.

Biksen Lizarazyu - ciu-citsu
Fransa millisinin sabiq sol cinah müdafiəçisi futbolla vidalaşdıqdan sonra ciu-citsu idman növü ilə maraqlanmağa başlayıb. Dünya və Avropa çempionunun hətta ciu-citsu növündə də Avropa çempionluğu var.

Tim Vize – WWE
Uzun müddət Bundesliqada çıxış edən və Almaniya millisinə qədər yüksələn keçmiş qapıçı futboldan sonra WWE-yə yönəlib. 2016-cı ildə Münhendə ilk döyüşünə çıxan Vizenin komandası rəqiblərinə qalib gəlib.

Metyu Flamini – enerji qənaəti təşəbbüskarı
“GF Biochemicals” şirkəti 2008-ci ildə Flamini və Paskal Qranata tərəfindən şərikli qurulub. Dünyada levulin turşusu istehsal edən ilk şirkətə sahib Flamini bu təşəbbüskarlıq sayəsində iş həyatında daha çox qazanıb.

Qabriel Batistuta – inşaatçı
Argentinanın əfsanəvi futbolçusu İtaliyada möhtəşəm karyeraya malik olub. Ancaq karyerasını bitirdikdən sonra inşaat sektoruna keçib.

Corc Vea – Liberiya prezidenti
Liberiyalı qolçu 1995-ci ildə “Qızıl top”u qazanan ilk afrikalı futbolçu olub. Ölkəsinin ən böyük futbolçusu kimi qəbul edilən Vea 2018-ci ildə Liberiya prezidenti seçilib.

Kaxa Kaladze – Tbilisi meri
Uzun illər “Milan”ın formasını geyinən gürcüstanlı futbolçu ardından siyasətə atılıb. 2012-ci ildə Gürcüstanın energetika naziri təyin olunan Kaladze 2017-ci ildə istefa verib və Tbilisi meri seçilib.

Dani Osvaldo – musiqi
Bir vaxtlar İtaliya millisinin şərəfini qoruyan Osvaldo 30 yaşında futboldan gedərək, musiqi həyatına başlayacağını açıqlayıb. 2020-ci ildə karyerasını bərpa etsə də, cəmi 2 matçda iştirak etdikdən sonra yenidən karyerasını bitirib.

Fabyen Bartez – motosiklet sürücüsü
“Marsel”lə Çempionlar Liqasını, “Monako” ilə iki dəfə Liqa1 kubokunu qazanan Bartez “Mançester Yunayted”in heyətində də çempionluqlar əldə edib. Sabiq qapıçı karyerasını bir dünya və bir Avropa çempionluğu ilə yekunlaşdırıb. 2013-cü ildən motosiklet yarışlarında iştirak edən Bartez “FFSA French GT” turnirinin qalibi də olub.

Fabritsio Ravanelli – peşəkar velosipedçi
İtaliyalı forvard futboldan ayrıldıqdan sonra velosipedlə peşəkar səviyyədə məşğul olmağa başlayıb.

# 1608
avatar

Oxşar yazılar