"Barselona"nın 17 yaşlı yetirməsi Mark Qiya İspaniya Primera Liqasında "Atletik Bilbao" ilə oyunda (1:0) əsas komandada debüt edib və qələbə qolunu vurduqdan sonra stadiondakı azarkeşlər onun valideynlərinin reaksiyasını çəkə biliblər.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, kadrlardan görünür ki, 17 yaşlı hücumçu meydana çıxdıqdan 35 saniyə sonra qələbə qolunu vurub. Bu zaman anası sevincdən ağlamağa, atası isə məmnunluqla alqışlamağa başlayıb.
Xatırladaq ki, İspaniya çempionatında keçirdiyi on oyundan sonra Kataloniya klubu 24 xal toplayıb və hazırda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Turnir cədvəlinə hərəyə 25 xalla “Real” və “Jirona” başçılıq edir.