“Benfika”nın futbolçusu Qonçalo Ramos Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsinin “Liverpul”la cavab oyununda (3:3) fərqlənməklə, bu turnirdə “siftə” edib.
Apasport.az saytının məlumatına görə, 21 yaşlı forvard qitənin ən nüfuzlu klub turnirində qol vuran 100-cü portuqaliyalı futbolçu olub.
Portuqaliya bununla 100 və daha çox oyunçusu ÇL-də fərqlənən 7-ci ölkə olub. Bu baxımdan siyahıya Braziliya başçılıq edir. Cənubi Amerika ölkəsinin indiyə qədər 227 futbolçusu Çempionlar Liqasında rəqib qapısına yol tapıb.
1. Braziliya - 227 futbolçu
Bombardiri: Neymar – 41 qol
2. Fransa – 204
Bombardiri: Kərim Benzema – 83
3. İspaniya – 167
Bombardiri: Raul Qonzales – 71
4. Almaniya – 143
Bombardiri: Tomas Müller – 52
5. İtaliya – 112
Bombardiri: Filippo İnzagi – 46
6. Niderland – 110
Bombardiri: Rud van Nistelroy – 56
7. Portuqaliya – 100
Bombardiri: Kriştiano Ronaldo - 140