41 yaşlı serbiyalı futbolçu Deyan Milovanoviç oyun zamanı dünyasını dəyişib.
Lent.az xəbər verir ki, hadisə futbolçunun qol vurmasından bir neçə dəqiqə sonra baş verib.
Məlumata görə, oyunçu birbaşa meydançada ürək tutması keçirib. O, azarkeşlərin və komanda yoldaşlarının gözü qarşısında huşunu itirib.
Həkimlər dərhal köməyə gəlib və Milovanoviçi reanimasiya etməyə cəhd ediblər, lakin onu xilas etmək mümkün olmayıb.