Futbolçu oyun zamanı qəpiyi udub öldü - TƏFƏRRÜAT
25 dekabr 2025 16:06 (UTC +04:00)

Futbolçu oyun zamanı qəpiyi udub öldü - TƏFƏRRÜAT

0

Burundidə futbol meydanında faciəvi hadisə baş verib.

Lent.az xarici mediaya istinadla bildirir ki, milli çempionatın ikinci divizionunda çıxış edən “Le Gupyer dyu Lak” klubunun yarımmüdafiəçisi İgiranesa Eme Gerik oyun zamanı dünyasını dəyişib. Hadisə 20 dekabrda baş verib: futbolçu oyun zamanı qəfil yerə yıxılıb və göstərilən tibbi yardıma baxmayaraq, tibb müəssisəsinə aparılarkən yolda vəfat edib.

Yerli KİV-lərin ilkin məlumatına və şahidlərin sözlərinə görə, ölümün səbəbi dini inancla bağlı ola bilər. Bildirilir ki, futbolçu bölgədə yayılmış inanclara əsasən, oyunda uğur gətirməsi üçün istifadə olunan sehrli talisman hesab edilən bir sikkəni udub. Nəticədə o, boğularaq ölüb. Burundidə oyunların nəticəsinə təsir göstərmək yaxud öncədən proqnoz almaq məqsədilə ənənəvi cadugərlərə və falçılara müraciət halları nadir sayılmır.

Burundi Futbol Federasiyası futbolçunun vəfat etməsi faktını rəsmi şəkildə təsdiqləyib. Lakin ölümün səbəbləri ilə bağlı əlavə təfərrüatlar açıqlamayıb və yalnız faciəli hadisənin baş verdiyini bildirməklə kifayətlənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 304

Oxşar yazılar