Rusiyalı futbolçu Perm-Ekaterinburq magistralında baş verən qəzada ölüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, onun daha üç komanda yoldaşı yaralanıb.
“Uralets TS” klubunun Nijni Tagildən olan oyunçuları Yevgeni Sitnikov, Kirill Koçetov, Denis Mılnikov və Denis Fedoroçev komandalarının məşqi üçün Permdən Nijni Tagilə gedərkən qəzaya düşüblər.
Nəticədə Sitnikov yerindəcə keçinib, Koçetov hazırda xəstəxanada ağır vəziyyətdədir, Mılnikov və Fedoroçev isə ciddi xəsarət almayıb.
Dördü də Permdən olan Amkar tələbələridir. Bu mövsüm onlar Rusiya futbolunun İkinci Liqasında çıxış edən “Uralets TS” klubunda çıxış ediblər.