Futbol veteranı Çingiz İsmayılov vəfat etdi
23 mart 2025 21:43 (UTC +04:00)

Futbol veteranı Çingiz İsmayılov vəfat etdi

AFFA-nın keçmiş baş katibi, futbol veteranı Çingiz İsmayılov vəfat edib.

Bu barədə APA-ya Mətbuat Şuarının əməkdaşı, jurnalist İlqar Tağıyev məlumat verib.

Qeyd edək ki, Çingiz İsmayılov martın 18-i səhhətində yaranmış problemlərlə əlaqədar olaraq, xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, Çingiz İsmayılov 1935-ci ildə Bakıda anadan olub. 1955–1962-ci illərdə "Neftçi" komandasında, müxtəlif illərdə Bakının və Gəncənin "Dinamo", həmçinin "Neft daşları" komandasında oynayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1204

Oxşar yazılar