Cinayətkarlar Amerika professional futbolunun şöhrət zalının üzvü Şennon Şarpın Los-Ancelesdəki
Lent.az xarici mediaya istinadla bildirir ki, mənbənin məlumatına görə, cinayət 54 yaşlı idmançı dostları ilə nahar etmək üçün evdən çıxarkən baş verib. Qayıdandan sonra o, qiymətli əşyalarının, xüsusən də bahalı saatların, zinət əşyalarının və dizayner çantalarının itdiyini aşkar edib. Dəymiş ziyanın məbləği bir milyon dollar təşkil edib.
Polis cinayətlə bağlı araşdırmalara başlayıb. Qeyd olunur ki, Milli Futbol Liqasının (NFL) ulduzunun evinə məcburi daxil olmaq əlaməti olmayıb. Şarp cinayətkarlar haqqında məlumat üçün 50.000 dollar mükafat elan edib.
Şarp keçmiş amerikalı peşəkar futbolçudur. Milli futbol liqasında 14 mövsüm oynayıb. “Denver Bronkos” ilə üç dəfə Super boul qazanıb. Oyunçu 2011-ci ildə Şöhrət zalına daxil edilib.