Futbol tarixinin  ən qalmaqallı "10 nömrəsi"   SATILIR
08 aprel 2022 19:42 (UTC +04:00)

Futbol tarixinin ən qalmaqallı "10 nömrəsi" SATILIR

Futbol tarixinin ən mühüm hadisələrindən birinə şahidlik edən forma hərraca çıxarılıb. 

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Maradonanın 1986-cı ildə İngiltərəyə qarşı geyindiyi və özünün “Tanrının əli" olaraq adlandırdığı qolu atdığı forma satılır. 

Məlumata görə, formanın bütün rekordları  qıracağı və 5 milyon dollardan baha satılacağı gözlənilir. 

Futbolun əfsanələrindən biri olan Maradonanın 10 nömrəli bu forması 35 ildir ki, İngiltərə millisinin futbolçusu Stiv Hocadadır. Çünki söz-söhbətə səbəb olmuş həmin oyundan sonra 2 oyunçu formalarını dəyişiblər.

Daha sonra uzun müddət Milli Futbol Muzeyində də nümayiş olunub. 

Formanın satışı aprelin 20-dən onlayn şəkildə həyata keçiriləcək.

Təkliflər mayın 4-nə qədər davam edəcək. Hazırda o "Sotheby's London" hərracında xalqa nümayiş etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2910
avatar

Sevinc Fərid

Oxşar yazılar