Futbol klubu almaq  istəyir
12 iyul 2024 16:28 (UTC +04:00)

Futbol klubu almaq istəyir

Fransa Liqa 2-də çıxış edən “Kan” məşhur futbolçunun maliyyə maraq dairəsinə düşüb.

Lent.az xarici KİV-ə istinadən bildirir ki,  jurnalist Daniel Riolonun sözlərinə görə, Fransa millisinin hücumçusu Kilian Mbappe və ailəsi onun “Real”a transferindən sonra Fransanın “Kan” futbol klubunu almaqda maraqlıdır.

“Mbappe ailəsi klubu almaq prosesindədir. Onlar Amerika şirkəti kimi öz kapitallarını şişirtmək istəyirlər”, - RMC Sport Riolonun sözlərindən sitat gətirir.

2013-cü ildə “Monako”ya köçməzdən əvvəl Kilian Mbappe bir neçə il futbolçunun uşaq səviyyəsində çıxışlarını izləyən “Kan”ın oyunçusu ola bilərdi.

İyunun 3-də Mbappe rəsmi olaraq “Real”ın oyunçusu olub. Bundan sonra mətbuatda fransalı hücumçunun maaşının ildə 30 milyon avro və vurulan qollara görə bonus olacağı barədə məlumatlar yayılıb. Mbappenin müqaviləsində 1 milyard avroluq təzminat da var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2100
avatar

Oxşar yazılar