Keçmiş braziliyalı hücumçu Fred Qətərdə keçirilən dünya çempionatında Braziliya və Argentina milliləri arasında yarımfinal görüşünü görmək arzusunda olduğunu etiraf edib.
“Mən yarımfinalda Braziliya - Argentinanı görmək istəyirəm. Qarışıqlığı, çaşqınlığı, Neymarın oyununu və Messinin göz yaşlarını görmək istəyirəm”, - Lent.az bildirir ki, o, Braziliya mətbuatına açıqlamasında deyib.
Xatırladaq ki, komandalar 1/4 final oyunlarında qalib gəlsələr, yarımfinal mərhələsində qarşılaşa bilərlər.
Argentinalılar Hollandiya, braziliyalılar isə Xorvatiya ilə qarşılaşacaq.