Abdullah Zubir avrokuboklarda 50-ci oyununu keçirəcək.
Lent.az Apasport.az saytına istinadən xəbər veri ki, fransalı yarımmüdafiəçinin yubileyi Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa təsadüf edəcək.
31 yaşlı legioner Fransa “Marsel”i ilə qarşılaşmaya çıxmaqla 100-ü yarılayacaq. “Qarabağ”ın futbolçusu indiyədək qitə miqyaslı turnirlərdə 49 matçda 8 qol vurub.
Onun bütün oyunları “Qarabağ”ın heyətində baş tutub. 2018-ci il iyulun 11-də Çempionlar Liqasının “Olimpiya” ilə Sloverniyadakı matçı Zubirin Avropada debütü olub.
O, Çempionlar Liqasında 14, Avropa Liqasında 22, Konfrans Liqasında 13 görüşə çıxıb. O, keçirdiyi 49 qarşılaşmada cəmi 2 sarı vərəqə alıb.
Qeyd edək ki, “Qarabağ” “Marsel” oyunu fevralın 24-də Bakıda keçiriləcək.