"Mançester Yunayted"in müdafiəçisi Rafael Varan 29 yaşında Fransa millisindəki karyerasını başa vurub.
Lent.az bildirir ki, “Le Parisien” məlumat yayıb.
Varan ailəsi ilə daha çox vaxt keçirmək istəyir. Onun dizlərində də problemlər var.
Varan 2013-cü ildən Fransa millisində çıxış edir, 93 oyunda iştirak edib, 2018-ci ildə dünya çempionu, 2022-ci ildə vitse-dünya çempionu, 2021-ci ildə Millətlər Liqasının qalibi olub.