Fransa komandasının yay arzusu
29 yanvar 2022 08:25 (UTC +04:00)

Fransa komandasının yay arzusu

PSJ-nin yay transfer hədəfi bəlli olub.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, Fransa klubu Pol Poqbanı heyətinə qatmaq üçün indidən fəaliyyətə başlayıb.

Liqa1 təmsilçisi mövsümün sonunda azad agent olacaq ulduzu xərcə düşmədən ələ keçirmək niyyətindədir. Parislilərin idman direktoru Leonardo Poqbanın agenti Mino Rayola ilə bir neçə dəfə görüşüb. Şərəfini qoruduğu “Mançester Yunayted”lə müqaviləni uzatmayacaq yarımmüdafiəçi də PSJ-yə keçmək fikrindədir.

Qeyd edək ki, ötən ilin noyabrında zədələnən futbolçu hazırda bərpa dövrü keçir.

# 1212
avatar

Oxşar yazılar