Formula-1 üzrə Azərbaycan Qran-Prisinin VAXTI DƏYİŞİR?
22 iyun 2023 00:28 (UTC +04:00)

Formula-1 üzrə Azərbaycan Qran-Prisinin VAXTI DƏYİŞİR?

Formula-1 üzrə Azərbaycan Qran-Prisinin keçirilmə vaxtı dəyişdirilə bilər.

Lent.az-ın məlumatına görə, hər ilin aprel ayında təşkil olunan yarışın sentyabra keçirilməsi müzakirə olunur.

Bu barədə britaniyalı jurnailst Co Seyvard öz bloqunda yazıb. O, tarix bəlli olmasa da, Azərbaycan Qran-Prisinin payızda Sunqapur yarışından öncə keçiriləcəyini  bildirib.

Qeyd edək ki, 2024-cü ildə Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-Priləri bazar günü deyil, şənbə keçiriləcək. Buna səbəb Ramazan ayının martın 10-da, bazar günü başlamasıdır. Nəticədə yarışlar Bəhreyndə martın 2-də, Səudiyyə Ərəbistanında isə ayın 9-da təşkil olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 909
avatar

Oxşar yazılar