FIFA prezidenti Canni İnfantino yeni ideya təklif etməyə hazırlaşır.
Apasport.az saytının “Sun” nəşrinə istinadən məlumatına görə, isveçrəli funksioner dünya çempionatının daha tez keçirilməsi fikrindən vaz keçmir.
Mundialın iki ildən bir təşkili variantını bütün dünyanın qarşı çıxması nəticəsində gündəmdən çıxaran İnfantino indi də yarışın üç ildən bir keçirilməsinin tərəfdarıdır.
Onun yeni planına əsasən, birinci il 24 komandadan ibarət Klublararası dünya çempionatı, növbəti ildə Avropa çempionatı və Amerika Kuboku kimi qitə birincilikləri, üçüncü ildə isə dünya çempionatı təşkil olunması nəzərdə tutulub.