FİDE də Rusiyaya qarşı  sanksiyalar tətbiq etdi
28 fevral 2022 09:41 (UTC +04:00)

FİDE də Rusiyaya qarşı sanksiyalar tətbiq etdi

FİFA-nın ardınca FİDE də Rusiyaya qarşı sanksiyalar tətbiq edib. 

Apasport.az saytının məlumatına görə, ali şahmat orqanı Rusiya ilə yanaşı, Belarusda şahmatla bağlı hansısa yarış və tədbirin keçirilməsinə qadağa qoyub. 

Bu ölkədən olan şahmatçılar turnirlərə öz bayrağı altında qatılmaq hüququndan da məhrum olublar. Onlar yerli federasiyanın bayrağı altında çıxış edəcəklər. Həmçinin bu 2 ölkənin dövlət himni də hansısa yarışda səsləndirilməyəcək. 

FİDE Rusiya və Belarusa aid şirkətlərlə əməkdaşlığa da son qoyub. 

Bundan əlavə, Ukrayna ilə müharibəni dəstəklədikləri üçün rusiyalı şahmatçılar – Sergey Karyakin və Sergey Şopovun işini FİDE-nin Etika və İntizam Komitəsi araşdıracaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1998
avatar

Oxşar yazılar