FHN-in əməkdaşları beynəlxalq yarışlarda yüksək nəticələr əldə ediblər
07 dekabr 2024 15:53 (UTC +04:00)

FHN-in əməkdaşları beynəlxalq yarışlarda yüksək nəticələr əldə ediblər

19-25 noyabr 2024-cü il tarixlərində Türkiyə Respublikasının Antalya şəhərində Dünya Kikboksinq Federasiyasının təşklilatçılığı ilə kikboksinq üzrə Hərbçilər arasında I açıq kikboksinq çempionatı keçirilib.

FHN-dən Lent.az-a verilən xəbərə görə, yarışda 40 müxtəlif ölkədən 800-ə yaxın idmançı əzmkar mübarizə apararaq öz qüvvələrini sınayıblar.

Çempionatda iştirak edən Azərbaycan Kikboksinq milli yığma komandasının üzvləri və FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları gizir Camal Məmmədov və gizir Ramiz Məmmədov yüksək nəticə əldə etməyi bacarıblar. Belə ki, 60 kq çəki dərəcəsində Camal Məmmədov və 57 kq çəki dərəcəsində Ramiz Məmmədov çempionatın bürünc medalına yiyələniblər.

Qaliblərə Dünya Kikboksinq Federasiyasının diplom və medalı təqdim olunub.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda uğur qazanmış idmançılarla görüşərək onları təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb. Görüşdə pauerliftinq üzrə dünya çempionatının gümüş mükafatçısı FHN Akademiyasının əməkdaşı leytenant Orxan Fərzəliyev də iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1700

Oxşar yazılar

Osimhen Ərəbistan klubu ilə anlaşdı

Osimhen Ərəbistan klubu ilə anlaşdı

3 iyun 2025 , 00:20
“Ştutqart” aparıcı futbolçusunun qiymətini  AÇIQLADI

“Ştutqart” aparıcı futbolçusunun qiymətini AÇIQLADI

2 iyun 2025 , 19:20
"Mançester Yunayted"in ulduzu tezliklə gələcəklə bağlı qərar verəcək

"Mançester Yunayted"in ulduzu tezliklə gələcəklə bağlı qərar verəcək

2 iyun 2025 , 17:44
"Barselona" Saneni transfer etmək  istəyir

"Barselona" Saneni transfer etmək istəyir

2 iyun 2025 , 14:37
PSJ UEFA-dan 148 milyon avro  alacaq

PSJ UEFA-dan 148 milyon avro alacaq

2 iyun 2025 , 11:10
Keçmiş baş məşqçi "Latsio"ya qayıdır

Keçmiş baş məşqçi "Latsio"ya qayıdır

2 iyun 2025 , 09:23
“Mançester Yunayted”in kapitanı üçün 100 milyon təklif

“Mançester Yunayted”in kapitanı üçün 100 milyon təklif

1 iyun 2025 , 10:12
PSJ Çempionlar Liqasını qazandı

PSJ Çempionlar Liqasını qazandı

1 iyun 2025 , 01:03