Oktyabrın 27-29-da Gənclər və İdman Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında 3x3 basketbol növü üzrə Respublika birincilyi keçirilib.
20 dövlət qurumundan 160 əməkdaşın iştirak etdiyi yarışda komandalar mübarizə apararaq öz qüvvələrini sınayıblar. Birincilikdə ilk dəfə iştirak edən Fövqəladə Hallar Nazirliyinin kişilərdən ibarət basketbol komandası yüksək nəticə əldə etməyi bacarıb. Belə ki, 5 oyun keçirən FHN-in komandası yarışın gümüş medalını qazanaraq 2-ci yerin sahibi olub.
Qaliblər Gənclər və İdman Nazirliyinin diplom və medalı ilə mükafatlandırılıblar.