Ferqyuson ən böyük peşmanlığını  AÇIQLADI
14 noyabr 2025 09:29 (UTC +04:00)

Ferqyuson ən böyük peşmanlığını AÇIQLADI

0

Ser Aleks Ferqyuson "Mançester Yunayted"də işlədiyi müddətdə 105 oyunçu ilə müqavilə imzalayıb və müxtəlif uğurlar qazanıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, ən uğursuz transferləri arasında daha çox Bebe, Erik Cemba-Cemba və Klebersondan bəhs olunur. Lakin o, həmçinin "Yunayted"in ən böyük oyunçularından bəzilərini, xüsusən də Ueyn Runi, Erik Kantona və Kriştiano Ronaldonu cəlb edib.

Ferqyuson etiraf edib ki, ən böyük peşmançılığı "Yuventus"dan Alessandro Del Pyeronu transfer etməməsi olub.

İtaliyalı hücumçu 2002-ci ildə "Mançester Yunayted"in "Yuventus"la oyununda şotlandlıyalını heyran edib. Məşqçi ikinci cəhdini 2006-cı ildə edib.

"Mən "Yuventus" və oğlanın agenti ilə əlaqə saxladım. O, təklifimi eşitmədən belə imtina etdi və dedi ki, "Yuventus" onun üçün ən yaxşı yerdir və "Mançester Yunayted"ə hörmət etsə də, heç vaxt ağ-qara rənglərə xəyanət edə bilməz. Təəssüf, çünki mən onun kimi birini bir daha görməmişdim.

Hətta İtaliyanın 2006-cı ildə Dünya çempionatındakı qələbəsindən dərhal sonra belə, mən onunla maraqlanırdım. O vaxt “Real” onu təqib edirdi və "Yuventus"un o dövrdəki problemlərini nəzərə alsaq, onun üçün bizimlə "Kral klubu" arasında ədalətli mübarizə olacağını düşünürdüm.

Ona görə də birbaşa ona zəng etdim: “Aleksdir, səni “Yunayted”də görmək istərdim”, dedim. “Sən komandanın ulduzu olacaqsan və birlikdə hər şeyi qazanacağıq”. O, güldü və cavab verdi: “Ser, o vaxtdan bəri heç nə dəyişmədiyini bilirsiniz”.

“Yuventus”un bir neçə tanınmış oyunçusu aşağı liqaya düşdükdən sonra klubu tərk etsə də, Del Pyero qalıb və Seriya B-də komandanın kapitanı olub. Doqquz xallıq fərqə baxmayaraq, “Yuventus” çempionluğu qazanıb və Del Pyero 20 qol vuraraq ən məhsuldar oyunçu olub. Seriya A-ya qayıtdıqdan sonra müqaviləsini iki il uzadıb və 2012-ci ilə qədər klubda qalıb.

Ferqyuson həmçinin italyan ulduzla sonrakı görüşünü də xatırlayıb: "2008-ci ildə onu yenidən gördüm və o, məni qucaqladı. Təklifimi rədd etdiyinə görə üzr istədi. Əlimi çiyninə qoyub sakitləşdirdim: "Sən "Yuventus"u xilas etmək istəyirdin və bacardın".

İnsanlar məndən həmişə məşqçi olmaq istədiyim, amma heç vaxt şansım olmayan oyunçulardan hansını soruşanda, həmişə cavab verirəm: Alessandro Del Pyero".
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 230

Oxşar yazılar