Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Kiberidman Federasiyasının fəaliyyəti eləcə də Qafqazın ən böyük kiber arenası “Bizon E-Sport Arena” ilə tanış olub.
Federasiyanın prezidenti Ramil Əliyev qurumun kiber idmanın inkişafıistiqamətindəapardığı işlər barədə danışıb. “Gaming League Azerbaijan”ın rəhbəri Adil Mahmudov isə əsas mərkəz olan Nizami kinoteatrında yaradılan “Bizon E-Sport Arena”da şərait barədə məlumat verib.
“Gaming League Azerbaijan”ın rəhbəri Adil Mahmudov son illər ölkədə kiber idmana olan marağın artdığını bildirib, reallaşdırılan yerli və beynəlxalq layihələrin daim geniş kütlənin diqqətində olduğunu söyləyib.
2011-ci ildən fəaliyyət göstərən və həmin ildən də beynəlxalq təşkilatın üzvü olan federasiya hər il kiberatletlərin iştirakı ilə kompüter oyunları üzrə milli çempionat keçirir.
Federasiya rəhbərliyi ilə görüş zamanı qarşıdakı planları barədə müzakirələr aparılıb. Fəaliyyətin daha da genişləndirilməsinə dair fikir mübadiləsi olub. İnformasiya Texnologiyaları sahəsində birgə ideya və layihələrin reallaşdırılması tövsiyə edilib və bildirilib ki, xüsusən də regionlarda buna böyük ehtiyac var.
Görüşdə nazir müavini Mariana Vasileva da iştirak edib.
Qeyd edək ki, arenanın yenidən qurulmasında əsas dəstəyi Avrora Qrupa məxsus Bizon brendi verib.